Əhməd Davuoğlu sabah Finlandiyaya səfərə gedəcək
  • Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Finlandiyanın xarici işlər naziri Erkki Tuomiojanın rəsmi dəvəti ilə sabah bu ölkəyə səfərə gedəcək.

Ə.Davutoğlu səfər çərçivəsində Prezident Saul Niinisto, Baş nazir Jyrki Katainen, xarici işlər naziri Erkki Tuomioja, Avropa işləri və xarici ticarət işlərindən məsul naziri Aleksandr Stabbi, parlament sədri Eero Heinaluoma və Xarici əlaqələr komitəsinin sədri Timo Juhani Soini ilə görüşəcək.

Görüşlərdə Finlandiya ilə ikitərəfli əlaqələr, Aİ müzakirə prosesi və Kipr məsələləri müzakirə olunacaq. Həmçinin tərəflər arasında regional və beynəlxalq məsələlərdə fikir mübadiləsi aparılacaq.

Ə.Davudoğlu Finlandiyada yaşayan türklərlə də görüşəcək.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.