Azərbaycanın Kosmik Proqramının məsləhətçisi “Dostluq” ordeni ilə təltif olunub
  • Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə R. Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib, ordeni ona təqdim edib.

Öz növbəsində, R. Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə prezident İ. Əliyevə minnətdarlığını ifadə edib.

Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.