Söyün Sadıqov “AzərRos”un prezidenti postundan istefa verib
  • Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un prezidenti Söyün Sadıqov qurumun rəhbəri vəzifəsindən getmək barədə ərizə yazıb.

Bu barədə APA-nın Moskva müxbirinə S.Sadıqov özü bildirib. S. Sadıqov prezident vəzifəsindən getməsi barədə qərarın “AzərRos”un Rəyasət Heyəti tərəfindən verəcəyini qeyd edib: “Qurumun Rəyasət Heyətinin iclası dekabrın 25-26-da keçiriləcək və mənim prezident vəzifəsindən getmək barədə ərizəmə baxılacaq. Ərizəm qəbul olunacağı təqdirdə, təşkilatı növbəti qurultaya qədər vitse-prezidentlərdən biri idarə edəcək”.

S. Sadıqov “AzərRos”un növbəti qurultayının 2013-cü ilin oktyabrında keçiriləcəyini söyləyib: “Mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub. Hazırda bu istiqamətdə fəaliyyət göstərirəm”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.