BP rəhbəri Azərbaycanda
  • Azərbaycana səfərə gəlmiş BP şirkətinin icraçı direktoru Robert Dadli dekabrın 18-də ARDNŞ-də olub.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, qonağı salamlayan şirkət prezidenti Rövnəq Abdullayev "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi üzrə Rəhbər Komitənin qərarı ilə təşkil edilmiş alt komitənin istər Londonda, istərsə də Bakıda məhsuldar çalışdığını, effektiv tədbirlər görüldüyünü, yataqların qısamüddətli və uzunmüddətli işlənilməsi planlarının hazırlandığını təqdir hissi ilə qeyd edib.

Azərbaycana bir daha səfər etməsindən məmnunluğunu bildirən Robert Dadlı ötən üç ayda AÇG blokunda hasilatın stabillləşdirilməsi məqsədi ilə görülmüş işləri müsbət qiymətləndirib, göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. BP şirkətinin icraçı direktoru, həmçinin 2015-ci il Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında verilmiş qərar münasibəti ilə Azərbaycan xalqını təbrik edib, ilk Avropa Olimpiya Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunacağına inandığını söyləyib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev BP şirkətinin qısa müddətdə geologiya, qazma, hasilat və digər sahələr üzrə yüksəksəviyyəli menecmentinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın stabilləşdirilməsi məqsədi ilə Bakıya göndərilməsindən razılıqla söz açaraq qeyd edib ki, görülən işlər ARDNŞ, BP və digər layihə iştirakçılarının sıx əməkdaşlığı və gərgin səyləri nəticəsində qısa müddətdə işlənilmədə sabitlik qazanılacağına əminlik yaradır.

Görüşdə Dadli son üç ay ərzində AÇG-nin hasilat həcmlərini stabilləşdirilməsi çərçivəsində görülən işləri müsbət qiymətləndirib, gabelə Azərbaycan tərəfinə göstərilən köməyə və dəsətəyə görə minnətdarlığını bildirib.

Şirkət Azərbaycanda böyük enerji layihələrinin iştirakçısıdır. Habelə şirkət "Azəri-Çıraq-Günəşli" blokunun inkişafı layihəsinin operatoru, "Şahdəniz" dəniz qaz kondensat yatağının inkişafı layihəsinin texniki operatoru kimi çıxış edir. Şirkət həm də "Bakı-Tiflis-Ceyhan" neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin iştirakçısıdır.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.