ŞOK! Sevgilisinin gözləri önündə 23 yaşlı qızı zorladılar
  • Hindistanda insanlığa sığmayan dəhşətli hadisə baş verib. Belə ki, gecə yarı sevgilisi ilə kinodan qayıdan 23 yaşlı gənc qızı bir neçə nəfər zorlayıb.

Həm də hadisə qızın sevgilisinin gözləri qarşısında baş verib. BBC News yazır ki, gənclər evə getmək üçün şəxsi avtobus saxlayırlar. Avtobusda onlardan başqa bir neçə nəfər də olur. Həmin şəxslər əvvəlcə nalayiq sözlər işlətməyə başlayırlar.

Onalara irad bildirən gənc oğlanla isə aqressiv şəkildə davranırlar. Onlardan ikisi gənc oğlanı döyür, digərləri isə onun sevgilsini zorlayırlar. Daha sonra isə cütlüyü avtobusdan küçəyə atırlar.

BBC News-un məlumatına görə, zorlanan gənc qız ciddi xəsarətlər alıb. Onun cinsiyyət üzvləri və küt alətlə kəllə-beyin hissəsinə endirilən zərbələr vəziyyətini daha da ağırlaşdırıb.

Polisin verdiyi açıqlamada bildirilir ki, hadisə ilə bağlı həmin avtobusun sürücüsü saxlanılıb. Məlum olub ki, cinayətkarlardan biri sürücünün qardaşı olub. Cinayəti törədən digər şəxlər isə hazırda axtarışdadır.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.