Bu gün İmam Hüseynin (ə) qızı həzrət Rüqəyyənin (ə.s) şəhadət günüdür
  • Bu gün hicri-təqvimi ilə 61-ci il, səfər ayının 5-ci günü İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə.s) şəhadət günüdür.

Həzrətu Rüqəyyənin (ə.s) İslamın fəzilətli xanımlarından sayılır. "Ruqəyyə" sözünün mənası yuxarı getmək deməkdir. Tərəqqi sözündən götürülüb.

Həzrət Ruqəyyə (s.ə) elə bir ailədə dünyaya gəlib ki, ailə üzvlərinin hamısı fəzilət əhli idilər. Böyük əxlaqi dəyərlərə malik idilər. O, elə bir ailədə böyümüşdü ki, orada hamı İmam Hüseynin (ə) mərifət bulağından su içirdilər. Bu ailədə Əbəlfəzl Abbas (ə), Əliəkbər (ə), Əli ibni Hüseyn (ə) böyüyüb. O, qısa ömründə bu böyük insanın ətəyində tərbiyə alıb.

Hazırda Dəməşq şəhərində həzrət Rüqəyyənin (ə.s) məzarı, müsəlmanların ziyarətgahlarından biridir. O, Əməvi məscidinin 300 metrliyində yerləşir. Əhli-beytin (ə) aşiqləri və sevənləri onun ziyatəinə can atır, ürəklərini o bargahda günah çirkabından təmizləyirlər. Qədim mənbələrin birində o xanımın adına bir qəsidə yazılıb. Orada xanımın adı “Rüqəyyə” kimi qeyd olunub.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.