Sumqayıtda "Qiyamət" həyəcanı
  • Sumqayıtda əhali arasında təşviş daha da güclənib. Şayiələrdən həyəcanlanan əhali müxtəlif ərzaq məhsulları tədarük etməyə başlayıb.

Şəhər sakinlərindən aldığımız məlumata görə, bu səbəbdən  marketlərdə böyük növbələr yaranıb. Mənbə əhalinin bir neçə həftəlik ərzaq tədarükü gördüyünü də bildirib: "Xüsusən də çörək, un, şəkər tozu,  şam, konserv məhsullarına böyük tələbat yaranıb".

Mənbə şəhərdə çörək qıtlığı yarandığını da bildirdi: "Həmişə şəhərdəki marketlərdə çörək artıq qalırdı. Bu gün isə ən böyük marketlərdə belə çörək tapmaq müşül məsələyə çevrilib. Heç bir marketdə çörək qalmayıb. Hamı bir neçə ədəd artıq çörək aldığından qıtlıq yaranıb. Bu səbəbdən bir çox insanlar axşam çörək ala bilməyib".

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.