Siyavuş Novruzov müxalifətə irad bildirdi: “Bu qədər qarayaxma olmaz”
  • Milli Məclisin payız sessisyası üçün son plenar iclası cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirir.

Siyavuş Novruzov həmkarı Fazil Mustafanın fikrinə münasibət bildirib. “Fazil Mustafa deyir ki, Azərbaycanda siyasi məhbus məsələsi var. Bu doğru yanaşma deyil. Hər hansı qəzetdə çalışmaq, hər hansı siyasi partiyanın üzvi olub, sonra cinayətə cəlb olunmaq siyasi məhbus anlamını vermir. Hər kəs törətdiyi cinayətin cəzasını çəkməlidir”.

Daha sonra o, Nigar Yaqublu məsələsi barədə danışıb. Qeyd edib ki, bununla bağlı müəyyən fikirlər söyləyirlər. “Belə cinayət törədənlər 7 il, bəzən 9 il həbs olunurlar. Birincisi, məsələ tam yekunlaşmayıb, ikincisi bununla bağlı həbs müzakirə olunur. Bunu şouya çevirmək düzgün deyil. Bununla bağlı Milli Məclisin deputatları da qol çəkib bir namə də göndərmişdilər”.

S. Novruzov həmçinin qeyd edib ki, Konstitusiyaya əsasən, prezident seçkiləri gələn ilin oktyabr ayının 3-cü həftəsinə düşür. “Bu vaxta eyni zamanda Qurban bayramı düşür. Bəzi siyasətçilər bunu hakimiyyətin seçki gününü dəyişmək kimi qiymətləndirirlər. Heç olmazsa bayram günlərində düşünsünlər, bu qədər qarayaxma olmaz, hər kəs qanuna tabe olmalıdır”.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.