Bu 10-luqda dünyanın ən bahalı avtomobilləri toplanmışdır
  • Məşhur “Forbes” jurnalının 2012-ci il üçün dünyanın ən bahalı avtomobillər siyahısını sizə təqdim edirik.

Qeyd edək ki, qiymətinə görə ən qabaq pillələrdə həmişə olduğu kimi, bu dəfə də idman avtomobilləri durur.

yer: “Buqatti Veyron Supersport”

Fransanın daim dünyanın ən bahalı avtomobillərini istehsal edən “Buqatti” avtomobil şirkətinin bu modelinin qiyməti 2,6 milyon dollardır. 16 silindrli V8 mühərrik ilə təchiz olunmuş avtomobil 2,4 saniyədə sürətini 100 km/saata çatdıra bilir. Bu modelin interyerinin hazırlanmasında ceyran dərisi və platin metalından istifadə olunmuşdur.

II yer: “Ferrari 599 XXC”

İtaliyanın dünya şöhrətli “Ferrari” şirkətinin bu modelinin qiyməti 2 milyon dollardır. Sürətini 2,9 saniyədə 100 km/saata çatdıran “Ferrari 599 XXC”  V12 mühərrikinə sahibdir.

III yer: “Zenvo ST1”

Danimarka istehsalı olan bu avtomobil 1250 hp (hp - at gücü anlamındadır) gücə malik V8 mühərriki ilə təchiz olunub. “Zenvo ST1” sürətini 2,9 saniyədə 100 km/saata çatdıra bilir. Qiyməti 1,8 milyon dollardır.

IV yer: “Koineqseq Aqera”

Işveç istehsalı 5,0 lt-lik mühərrikə sahib bu maşın 1115 hp gücünə malikdir. “Koineqseq Aqera” 2,9 saniyədə 100 km\s sürət yığmağa qadirdir. Super güc bu avtomobil 1,7 milyon dollar qiymətinə satılmaqdadır.

V yer: “Aston Martin -77”

Dünyaca məşhur ingilis avtomobili “Aston Martin” həm qiymətinə, həm də göstəricilərinə görə V pillədə yer alıb. 730 hp gücə sahib 7,3 lirt mühərrikli avtomobil sürətini 3,7 saniyə ərzində 100 km/saata çatdırmağa qadirdir. Qiyməti 1,4 milyon dollardır.

VI yer: “Maybax Landaulet”

Almaniya mənşəli “Maybax Landaulet” 12 silindrli, 630 hp gücündə mühərrikə sahibdir. 100 km/saat sürəti 5,2 saniyədə yığan avtomobilin qiyməti 1,4 milyon dollardır.

VII yer:  “Paqani Huayra”

İtaliya mənşəli bu avtomobil “Mersedes-Benz” şirkəti tərəfindən istehsal olunub. V12 mühərrikli bu avtomobil 700 hp gücə malikdir. 100 km/saat sürəti 3,5 saniyədə yığa bilən “Paqani Huayra”nın qiyməti 1,3 milyon dollardır.

VIII yer: “Hennessey Venom GT”

6,8 lt-lik V 8 mühərrikli Amerika istehsalı olan “Hennessey Venom GT”nin qiyməti 1 milyon dollardır. Bu avtomobil sürətini 2,5 saniyədə 100 km/saata çatdıra bilir.

IX yer: “SCS Tuatara”

Amerika istehsalı olan “SCS Tuatara” ən bahalı avtomobillər siyahısında öz yerini tutub. 1350 hp gücə malik bu maşın 6,8 lt-lik V8 mühərriki ilə təchiz olunmuşdur. 100 km/saat sürətə 2,5 saniyədə çata bilən bu avtomobil 970 min dollara satılır.

X yer: “Porşe 918 Spayder”

Dünyaca məşhur “Porşe” şirkətinin bu modeli 3,4 lt-lik V8 mühərriki ilə və 3 elektrik mühərriklə təchiz olunub. 100 km/saat sürətə 3,1 saniyədə çatan bu avtomobilin qiyməti 845 min dollardır.

Eltən Abışov

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.