"Obamanı öldürüb İsraili xilas edin"
  • İsrail rejiminin sionist baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın aradan götürülməsi üçün “Mossad”a göstəriş vermək imkanları ətrafında götür-qoy edir.

“Atlanta Jewish Times” qəzetinin sahibi və təsisçisi Endryu Adler belə bir açıqlama ilə çıxış edib ki, İsrail rejiminin sionist baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın aradan götürülməsi üçün “Mossad”a göstəriş vermək imkanları ətrafında götür-qoy edir. Çünki o güman edir ki, Obamadan sonra seçiləcək adam İsrail rejimini İrandan qoruyacaq. \mignews.ru\

Adler məqaləsində İsrail rejiminin İrana qarşı duruş gətirməsinin 3 variantını vurğulayıb. Keçən cümə dərc edilən məqalədə bu 3 variantın hamısı qeyd edilib. Birinci variant HƏMAS və “Hizbullah”a sarsıdıcı zərbələr endirmək, ikinci variant İranın nüvə obyektlərinə sarsıdıcı zərbələr endirmək, üçüncü variant isə “Mossad”ın amerikalı casuslarına sionistlərə qarşı elə də “dost” münasibətlərdə olmayan ABŞ prezidenti Barak Obamanın aradan götürülməsidir.

Bununla Obamanın yerinə vitse-prezidentin keçəcək və ondan İsrail rejimini qorumaq məqsədilə bütün düşmənlərinin məhv edilməsini tələb etmək mümkün olacaq. Bununla yanaşı, Adler vurğulayıb: “Bəli, siz düz fikirləşirsiz, 3 variant. İsrail rejiminin mövcudluğunu qorumaq üçün ABŞ prezidentinin aradan götürülməsini əmr etmək. Siz bir anlıq olsun belə bu haqda düşünün. Bu haqda Tom Klensi ruhiyyəsi ilə düşünsək, sizə elə gəlmir ki, bu əlçatmaz fikir İsrail rejiminin daxili dairələrində müzakirə edilib?”

Qeyd edək ki, artıq Adler öz məqaləsinə görə üzr istəyib. “Mən təəssüf edirəm, gərək bu haqda heç bir qeyd yazmayaydım”, - deyə Adler yəhudi teleqraf agentliyinə müsahibəsində bildirib. Hətta Adler “Gawker.com” portalına verdiyi müsahibədə Obamanın öldürülməsini nəzərdə tutmadığını iddia edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.