Sürücü nəqliyyat müfəttişini döydü
  • Nəqliyyat Nazirliyinin müfəttişi 35 yaşlı İbrahim Hüseynov ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü İbrahim Məmmədov arasında mübahisə düşüb.

Bakıda taksi sürücüsü Nəqliyyat Nazirliyinin əməkdaşını döyüb. Nizami rayon prokurorluğundan "Trend"ə verilən məlumata görə, Babək prospektində xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı İbrahim Elvis oğlu Hüseynov ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü İbrahim Telman oğlu Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya səbəb olub və taksi sürücüsü küt alətlə müfəttişin başından xəsarət yetirib.

Qeyd edək ki, İbrahim Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma başlayıb.

(azadlıq.info)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.