Sumqayıtın mərkəzində yaşayış binası yanır (FOTO)
  • Sumqayıtda yaşayış binası yanır. Hazırda həmin istiqamətə gedən yollar bağlanıb. Əraziyə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib.

 

Sumqayıtda yaşayış binası yanır. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, Sülh küçəsi 58/11 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasında meydana gəlib. Hazırda həmin istiqamətə gedən yollar bağlanıb. Əraziyə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib. Artıq bir nəfər xəsarət almış şəxs xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, Sumqayıtda baş verən yanğını söndürməkdən ötrü 10-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.