2012-ci ilin ən məşhur avtomobilləri (FOTO)
  • Avtomobil bazarına aid analitik proqnozlar verən “LMC Automotive” 2012-ci ilin ən populyar avtomobillərinin siyahısını açıqlayıb.

"Ford Focus"un bestseller olacağı gözlənilsə də, "Ford" modelləri Amerikada avtomobil satışına görə nəinki ən çox satılan olmadı, hətta satışa görə ilk 10-luğa belə düşə bilmədi.

“Forbes” jurnalının yazdığına görə, "Focus" bu il sonunda dünya avtomobil lideri olmalıdır. Bu avtomobil İnkişaf Etməkdə olan Ölkələrdə və Rusiya bazarlarında xüsusilə populyardır.

Avropada dizayn olunan "Ford Focus" beş ölkədə istehsal edilib - ABŞ, Çin, Almaniya, Rusiya və Tayland. Bu marka dünyanın 120 ölkəsində satılır.

İkinci yerdə "Tayota Carolla" dururdu ki, bunun da satış bazarı 966 min avtomobil olmalı idi. Lakin Çində Yaponiya əleyhinə çıxışlar bu avtombil bazarını xeyli zəiflətmişdi. Və 25% gözləniləndən az satılmışdı. Lakin bütün dünyada bu avtomobilə olan maraq onu dünyada satışına görə ilk üçlüyə sala bilib.

İlk üçlüyü “Volkswagen Jetta” qapadır. Dördüncü yeri 777 min avtomobil satışı ilə “Hyundai Elantra” tutur. Beşinci yerdə 728 min satışla “Ford Fiesta”dır. Altıncı ən çox satılan avtomobil 726 min satış bazarı ilə “VW Golf”dur. Yeddinci yerdə “Toyota Camry”, səkkizinci yerdə “Polo”dur. “Chevrolet Cruse” doqquzuncu yerdədir və “Honda Civic” dünya bazarında ilk onluğu bağlayır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.