Aygün Kazımovanı kökəldən Mirsalam
  • Aygün Kazımova təşkil olunan tədbirlərin birində mətbəx verilişlərindən birinə aparıcılıq edən Mirsalam Mirsalamovu görüncə, sanki “iştaha”gəldi.

Teleaparıcını öpüb bağrına-basan pop-diva söz iştahını, açıqlamasında belə ovutdu:

“Nə qədər işim olsa da həftənin istirahət günləri yaxın dostlarımdan olan Mirinin (Mirsalamı nəzərdə tutur - red.) “Süfrəmiz” verilişini izləməyə çalışıram. Son vaxtlar apardığım müşahidələrdən belə qənaətə gəlmişəm ki, sən demə, məni kökəldən məhz o imiş. Hər dəfə qonaqları ilə birlikdə elə təamlar hazırlayırlar ki, buna biganə qalmaq qeyri-mümkündür.

İndi bilmirəm nə edim: Mirsalamı alqışlayım, yoxsa etdirdiyim bütün plastik əməliyyatlarının səbəbkarı olduğu üçün bütün çəkdiyim xərcləri ondan alım (gülür). Bu bir zarafatdır, mən sevimli dostumun xətrini həqiqətən çox istəyirəm” - Aygün Kazımova belə dedi.

Ağır təbiətə malik olan Mirsalam xoş sözlərin qarşılığında gülümsəməyə üstünlük verdi və illərin sınağından çıxmış sənətçi dostu ilə birlikdə fotokameramızın obyektivi qarşısında bir neçə şəkil çəkdirdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.