AXCP sədrinin müavini həyat yoldaşı ilə birgə yol qəzasına düşüb
  • AXCP sədrinin müavini Razi Nurullayev yol qəzasına düşüb. R. Nurullayevin yaxınlarının verdiyi məlumata görə, yol qəzası bu gün saat 10.30 radələrində baş verib.

R. Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Hadisə baş verən zaman R. Nurullayevin həyat yoldaşı da avtomobildə olub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alıblar və onlar Klinik Tibbi Mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların hər ikisinin həyatı üçün təhlükə aradan qaldırılıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.