Qəddafinin təhlükəsizlik xidmətinin polkovniki öldürülüb
  • Liviyada Müəmmər Qəddafinin təhlükəsizlik xidmətinin yüksək rütbəli keçmiş əməkdaşı qətlə yetirilib.

Qəddafi hakimiyyətinin nümayəndəsi Livyanın ikinci böyük şəhəri Benqazidə qətlə yetirilib. Podpolkovnik Nasser Əl-Məğribi öz fermasında ölü tapılıb. Kriminal tədqiqatlar şöbəsinin nümayəndəsi Əl-Məğribinin öldürüldüyünü  bildirib. Başqa bir rəsmi isə onun Sidi  Fərəc bölgəsindəki fermasında öldürüldüyünü və ölümü ilə bağlı tədqiqatlar aparıldığını bildirib. Mənbələr Əl-Məğribinin Qəddafi rejimi vaxtı təhlükəsizlik qüvvələrində işlədiyini bildirib.

Nasser Əl-Məğribinin öldürülməsi  Benqazi Kriminal Tədqiqatlar Şöbəsinin rəhbəri Əbdüssəlam Əl-Məhdəvi silah gücüylə qaçırıldıqdan sonra baş verib. Benqazi Kriminal Tədqiqatlar Şöbəsinin rəhbərinin harda olması bilinmir.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.