Koreya liderinin səxavətliliyi
  • Şimali Koreyanın lideri babası Kim İr Sen tərəfindən əsası qoyula ənənələrdən birini də davam etdirməkdədir.

O,anadan olması günü münasibəti ilə ölkədəki uşaqların hər birinə bir kiloqram konfet hədiyyə edib.

Mənbənin məlumatına əsasən, şirniyyat təyyarə ilə ölkənin bütün əyalətlərindəki 10 yaşadək olan uşaqlara çatdırılıb.

Rəsmi teleradio bildirib ki, ölkə vətəndaşları rəhbərin «bu hədiyyəsini böyük coşqu ilə qarşılayıb».

Uşaqlara «konfet paylama» ənənəsini Kim İr Sen 1980-ci ildə qoyub. Əvvəllər həmin gün dövlət bayramı kimi qeyd olunurdu.

Kim Çen Inın doğum günü isə hələ də mübahisəlidir. Rəsmi Pxenyanın onun 1982-i-ci il yanvarın 8-də anadan olduğunu bildirib. Başqa mənbələr isə onun bir –iki il bu tarixdən gec doğulduğunu iddia edir.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.