Jerar Depardyeyə həbs edilə bilər
  • Bu yaxınlarda Rusiya vətəndaşlığı almış dünya şöhrətli fransalı aktyor Jerar Depardye bu gün Parisdə məhkəmə qarşısına çıxacaq.

Tanınmış aktyor içkili vəziyyətdə motoroller sürdüyünə görə hakim qarşısında oturacaq. Hadisə Depardye fransız polisinə noyabrın axırlarında tuş gəlib. Motorollerində hərəkət edərkən yıxılan aktyorun tamamilə sərxoş olduğu məlum olub və onun qanında normadan 3 dəfə çox alkoqolun olduğu aşkar olub. Buna görə isə aktyoru 4500 avro dəyərində cərimə və yaxud 2 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, məhkəmə dekabr ayında olmalı olsada, lakin Jerar Depardyenin xahişi ilə yanvara keçirilib. Rusiyadan İsveçrəyə uçan aktyor məhkəmənin bir müddət də təxirə salınmasını xahiş etsə də, bu dəfə onun xahişi yerinə yetirilməyib.

Xatırladaq ki, Jerar Depardye Fransada gəlirlərə görə verginin həddindən artıq olmasına etiraz olaraq, Rusiyaya köçməyə qərar verib və Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, ona Rusiya vətəndaşlığı verilib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.