“Rəbiyyət Aslanova ilə İlham Rəhimov boşanmayıblar”
  • Bu günlərdə mətbuatda “Rəbiyyət Aslanova İlham Rəhimovdan boşandı" başlıqlı yazı verilib.

Bununla əlaqədar olaraq "Təzadlar" qəzeti hüquq professoru İ.Rəhimovun mətbuat xidmətinin əməkdaşları ilə əlaqə saxlayıb.

Mətbuat xidmətindən bildirilib ki, bu yazı cəfəngiyyatdır, ara vurmaq və professorun barəsində mənfi rəy yaratmaq məqsədi güdür.

Qeyd edək ki, İlham Rəhimov və millət vəkili Rəbiyyət Aslanova ötən ilin birinci yarısında ailə həyatı qurublar. O vaxtdan bəri onların barəsində zaman-zaman bu kimi xəbərlər yayılır və hər dəfə də təkzib olunur.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.