Millət vəkili Qənirə Paşayeva İraqın dövlət naziri ilə görüşüb
  • Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələləri üzrə dövlət naziri Dr. Torhan M.Əl-Müfti ilə görüşüb.

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanın İraqla münasibətlərinin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əlaqələrin genişlənməsində və əməkdaşlığın getdikcə daha da dərinləşməsində maraqlı olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib. İraqda 3 milyona  yaxın soydaşlarımızın  yaşadığını və onları İraq parlamentində 10 millət vəkilinin təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, İraq parlamentinin Xocalı soyqırımı ilə bağlı rəsmi münasibət bildirməsi önəmli addım olardı.

Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu ifadə edən İraqın Əyalət Məsələləri üzrə dövlət naziri Dr. Torhan M.Əl-Müfti Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu bildirdi. Azərbaycanı qardaş ölkə adlandıran dövlət naziri Torhan M.Əl-Müfti İraqın Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. O həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə işlərin daha da sürətlənəcəyini deyib. İraqın dövlət naziri Torhan M.Əl-Müfti Azərbaycanın tezliklə  İraqda səfirliyini açacağına inandığını və bundan sonra iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva tərəfindən İraqın dövlət naziri Torhan M.Əl-Müftiyə Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar təqdim edilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.