XİN: İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ola bilər
  • İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edə bilər.

Bu barədə "IRIB News" İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər verir.

O qeyd edib ki, İran münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu münaqişənin həlli region ölkələrinin imkanları daxilindədir.

"Biz regionda münaqişələrin gərginləşməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, çünki insanlar əziyyət çəkir, - Mehmanpərəst mətbuat konfransında qeyd edib. - İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında iştirak etməyə hazırdır".

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.