Sabir Rüstəmxanlıdan donos yazan professor VHP-dən qovuldu
  • Bu gün saat Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Binəqədi rayon təşkilatının Məclisi və Nəzarət Təftiş Komissiyasının növbədənkənar toplantı keçirilib.

VHP-nin mətbuat və informasiya xidmətindən verilən məlumata görə, VHP mərkəzi qərargahında baş tutan toplantıda məclis üzvü Bəhmən Yunus oğlu Sultanlının uzun müddətdir qeyri-etik hərəkətlərə yol verdiyi və VHP-ni nüfuzdan salmaq üçün göstərdiyi cəhdləri, partiyanın ayrı-ayrı funksionerləri haqqında şər və böhtan kampaniyası aparması müzakirə olunub.

Məclis üzvləri 2006-cı  ildən bu vaxta qədər keçən dövrdə Bəhmən Sultanlının dövlətin ayrı-ayrı orqanlarına VHP üzvləri haqqında donoslar yazdığını, dəfələrlə xəbərdarlıq və töhmətlərə, həmçinin partiyanın onun yaşını nəzərə alaraq, sərt tədbirlərə əl atmamasına baxmayaraq, əməllərindən əl çəkmədiyini diqqətə çatdırıblar və onun qeyri-etik hərəkətlərindən sonra artıq partiya sıralarında qalmasının mümkünsüzlüyünü bildiriblər.

Məclis üzvləri təklif ediblər ki, Bəhmən Sultanlının partiyadan “azad edilməsi” yox, məhz “partiya sıralarından qovulması” gündəmdə olsun. Binəqədi rayon təşkilatı Məclisinin 11 üzvündən 10 nəfərinin və NTK üzvlərinin iştirakı ilə keçirilən toplantıda Bəhmən Sultanlının partiyadan qovulması səsə qoyulub və yekdilliklə qəbul edilib.

Xatırladaq ki, Bəhmən Sultanlı VHP sədr Sabir Rüstəmxanlının əmri ilə yanvarın 7-də sədrin müşaviri vəzifəsindən azad edilib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.