Jurnalist təşkilatı: "Uşaq əməyindən qanunsuz istismar halları artır"
  • "Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi, uşaq əməyindən qanunsuz istismar hallarının yenidən artmasından narahatdır.

Bu barədə jurnalist qurumunun rəhbəri Mətləb Salahov açıqlama ilə çıxış edib. Qurum rəhbəri hesab edir ki, nəqliyyat vasitələrindən başlayaraq, cəmiyyətin bir sıra digər sahələrində uşaq əməyindən qanunsuz istifadə halları, cəmiyyətin gələcəyi baxımından qorxulu problemlərin baş qaldıracağını qaçılmaz edir: "Xüsusi ilə məktəb yaşlı uşaqların təhsildən ayrılaraq, ən ağır işlərə cəlb olunmaları, onların valideyn və məktəb nəzarətindən çıxaraq, cəmiyyətdəki mənfi ünsirlərin təsiri altına düşmələri, həm bu cür uşaqların, həm də ümumilikdə cəmiyyətin gələcəyi baxımından olduqca təhlükəli hallara yol açır.

"Çörək qazanmaq" adı ilə uşaqların ən ağır işlərə cəlb olunmaları, onların neqativ ünsirlərlərin təsiri altına keçmələri, təhsilə və mənəvi dəyərlərə qarşı onlarda ikrah hissinin aşılanması, ölkənin gələcəyi baxımından olduqca təhlükəli tendesiyadır. Mən QHT-ləri və ölkə mediyasını uşaqların taleyi ilə bağlı daha çox diqqət ayırmağa dəvət edirəm”-deyə M.Salahov fikrini tamamlayıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.