Gülər Əhmədovanın klonları yaradılıb...
  • Facebook sosial şəbəkəsində sabiq deputat Gülər Əhmədovanın “göbələk” səhifələri peyda olub.

G.Əhmədovaya məxsus olduğu bildirilən yeni profil səhifələrinin bəzilərində demək olar ki, heç nə paylaşılmayıb. Bəzilərində isə yalnız ümumi məlumatlar və şəkillər paylaşılıb.
Səhifələrdə dostların azlığı və onların da məchul profil şəkillərinin olması diqqəti cəlb edir. Qeyd edək ki, bir müddət öncə Gülər Əhmədova Facebook-da onun adından saxta səhifələr açıldığını və bu səhifələrdə hədyanlar yazıldığını iddia etmişdi. Lakin yeni açılan səhifələrdə heç bir şey yazılmayıb. Yalnız Gülər Əhmədovanın daimi istifadə etdiyi səhifəsinin bağlanmasından sonra onun adına olan başqa bir profildə (http://www.facebook.com/GulrEhmdova?ref=ts&fref=ts) son hadisələrlə bağlı bəzi fikirlər paylaşılıb ki, eks-deputat bu fikirlərin də ona məxsus olmadığını bəyan edib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.