AXCP-dən Hafiz Hacıyevə sərt cavab
  • AXCP Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Əli Kərimli haqda səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Partiya sədrinin müavini Fuad Qəhrəmanlı Əli Kərimlinin mərhum eks-prezident Əbülfəz Elçibəyin istinataqı üzrə prokurorluğa çağırılacağı haqda dediyi fikirləri cəfəngiyat sayır.

“Bu məsələ artıq çoxdan qapanıb. İndiyədək Əli bəyə prokurorluqdan istintaqla bağlı hər hansı dəvət göndərilməyib. Hafiz Hacıyev başından yekə danışır, yenə kimlərinsə tapşırığından sonra çıxıb yalan məlumatlar yaymaqla məşğuldur. Əli Kərimli bu işlə bağlı ifadə vermək üçün heç bir qurum tərəfindən çağırılmayıb. Hafiz Hacıyevin dedikləri hamısı yalandan ibarətdir”, - deyə AXCP rəsmisi açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, mərhum Əbülfəz Elçibəyin ölümü ilə bağlı başlanan cinayət işi artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə AXCP sədri Əli Kərimli ifadə vermək üçün prokurorluqda dindiriləcək.

“İşin yekunlaşaraq məhkəməyə verilməsi artıq reallaşır. Əli Kərimli də yaxın günlərdə Prokurorluqda dindiriləcək. Onun ətrafında müəyyən insanlar var ki, onlar dindiriləndən sonra AXCP sədri də ifadə vermək üçün istintaqa çağrılacaq”.

Jalə Suleymanqızı

(modern)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.