Bakı Metropoliteninin yeni vaqonlarının görüntüləri yayılıb (FOTO)
  • Bakı Metropoliteni "Tranmaşholdinq" QSC-nin istehsalı olan beş vaqonun sınaqdan keçirilməsinə başlayıb.

81-760/761 seriyasından olan beş vaqon artıq Bakı Metropoliteninin xətlərində sınaqdan keçirilir.

"Yeni vaqonların sınaqdan keçirilməsi və Bakı Metropoliteninin xətlərinə uyğunlaşdırılması altı ay ərzində həyata keçiriləcək", - Metropolitendən bildirilib.

Artıq bu tip vaqonlardan Moskva metrosunda istifadə olunur. Bakı Metropoliteni hələ bu tip vaqonlar almayıb, hələlik yalnız onların sınaqdan keçirilməsi prosesi aparılacaq. Yeni vaqonların uğurla tətbiq olunacağı və dövlət büdcəsindən vəsait ayrılacağı halda bu vaqonları almaq mümkün olacaq.

Bununla yanaşı, qərar qəbul ediləcəyi halda yeni xətlər üçün yeni tipli vaqonlar alınacaq. "Hələlik yeni xətlərin tikintisi prosesi getdiyindən vaqonlar köhnə xətlərdə sınaqdan keçirilir", - Metropolitendən bildirilib.

Yeni qatarlar iqlim nəzarəti və havanın dezinfeksiya edilməsi sistemləri, həmçinin sərnişin salonunun və maşinist kabinələrinin istilik sistemləri ilə təchiz edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.