“28 May” stansiyası sökülür (FOTO)
  • Yanvarın 8-dı Bakı Metropoliteninin “28 May” stansiyasının bir hissəsinin söküntüsünə başlanılıb.

İş icraçılarından “musavat.com”a verilən məlumata görə, stansiyanın girişinin tavan hissəsi sökülüb, yenidən qurulacaq. Qeyd edək ki, əsas girişdə 4-cü eskalatorun quraşdırılmasından sonra stansiyanın xarici görünüşünün dəyişdirilməsinə başlanılıb.

Bakı Beynəlxalq Dəmiryolu Vağzalının yaxınlığındakı əsas giriş-çıxış platformasında təmir işlərinə isə ötən ili dekabrından başlanılıb. İş icraçılarının sözlərinə görə, tikinti işləri gecələr, metro bağlı olarkən  həyata keçirilir.

Qeyd edək ki, təmirdən sonra “28 May” stansiyasının xarici görünüşü tamamilə dəyişiləcək. Tikili müasir üslubda inşa olunacaq və gecələr xüsusi işıq effektləri verəcək.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.