Nigar Yaqublunun cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilib
  • Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. N. Kərimli apellyasiya şikayətinin bu gün Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunduğunu deyib. Prosesinin ilkin baxış iclasının vaxtı isə yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin N. Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum olunub.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.