Jerar Depardye Nazir postundan imtina etdi
  • Dünyanın tanınmış aktyoru Jerar Depardye Mordoviya Respublikasının Mədəniyyət naziri olmaq təklifini rədd edib.

Fransız aktyor ona edilən təklif qarşılığında "mən bütün dünyanın mədəniyyət naziriyəm", deyə cavab verib. Aktyor Rusiya Federasiyası tərkibində olan Mordoviyanın sinvolik pasportunu da hədiyyə alıb.

Hətta onun orada evlə təmin olunması da nəzərdə tutulub. Məlumatı jurnalistlərə Rusiyanın Dövlət Film Fondunun rəhbəri Nikolay Borodaçev verib.

Qeyd edək ki, Jerar Depardye bu il yanvarın 3-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən həmin ölkənin vətəndaşı adını qazanıb. Ölkə vətəndaşlığını qazanan kinoaktyor artıq pasportunu da alıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.