217 bank hesabını çökdürən haker həbs edildi
  • Bankların internet səhifələrini çökdürməklə məşhur olan və banklara milyonlarla ziyan vuran haker həbs edilib.

FBİ tərəfindən axtarışa verilən haker Həmzə Bendelladj  Tailand polisi tərəfindən saxlanılıb. Tailand polisi açıqlama verib ki, Bendelladj Malayziyadan Misirə uçmaq üçün Tailand aeroportundan tranzit kimi istifadə edərkən həbs olunub.

Bendelladj saxlanılarkən üzərindən peyk telefonu, kompyuter diskləri və 2 ədəd planşet kompyuter müsadirə edilib. 24 yaşlı haker bu günə qədər 217-ə yaxın bank və maliyyə təşkilatlarının hesablarını çökdürərək onlara 10 milyon dollar miqdarında zərər vurub.

Tayland rəsmiləri Bendelladj barədə yaxın günlərdə məhkəmə qərarı çıxarılacağını və bundan sonra ABŞ-a təhvil veriləcəyini söyləyiblər.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.