Gürcüstanda güclü qar 18 kəndi xarici aləmdən təcrid edib
  • Mtsxeta-Mtianeti regionunun (Gürcüstanın şərqi) Xada dərəsində intensiv güclü qar yağması səbəbindən 18 kəndin xarici aləmlə əlaqəsi kəsilib.

Güclü qarın davam etməsi səbəbindən texnika yolların təmizlənməsinə başlaya bilmir.

Qaz kəmərinin zədələnməsi səbəbindən kəndlərdə vəziyyət mürəkkəbləşir, kəndlərə qaz verilmir. Bu hal istiliklə təminat baxımından vəziyyəti çətinləşdirir.

Regionda qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.