Kaxa Kaladze: "Saakaşvili xalq düşmənidir"
  • Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Kaxa Kaladze prezident Mixail Saakaşvilinin ünvanına sərt ifadələr işlədib.

Nazir bildirib ki, Mixail Saakaşvili Gürcüstanın düşmənidir, çünki verdiyi açıqlamalarla ölkəyə yeni investisiyaların yatırılmasına əngəl törədir.

Nazir prezidentin “Xobi 1” və “Xobi 2” su elektrik stansiyalarının tikintisinin dayandırıldığına dair açıqlamasını təkzib edib və bunu yalan adlandırıb. O, müqaviləyə əsasən stansiyaların tikintisinin 2013-cü ildə başlayacağını və 2017-ci ildə başa çatacağını söyləyib: “Mixail Saakaşvili son 9 il məşğul olduğu demaqogiyanı davam etdirir. Onun son bəyanatları göstərir ki, bu adam ölkəmizin düşmənidir”.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.