Bakıda arabaçıların törətdiyi dəhşətli zorlamanın üstü açıldı (TƏFƏRRÜAT)
  • 2012-ci il oktyabr ayının 29-da Bakıda tapılmış qadın meyitinin üzərində sonrakı araşdırmalar nəticəsində zorakılıq əlamətləri aşkarlanmışdı.

Məlum olmuşdu ki, öz mənzilində meyiti tapılmış 1963-cü il təvəllüdlü Qumennaya Lyubov Aleksandreyevna zorlanıb. Təyin edilmiş müvafiq ekspertizalar qadının zorlandığını tam sübut etdikdən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dekabr ayında qadını zorlayan 2 nəfər Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov tutulub. Bir neçə gün əvvəl isə hadisənin daha bir iştirakçısı 1979-cu ildə Quba rayonunda anadan olmuş İsayev Vaqif Şahabbas oğlu həbs edilib.

Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, Zərdab, Şəmkir və Quba rayonlarından olan bu şəxslər xeyli müddətdir ki, 8-ci kilometr bazarında işləyirlər. Gündüzlər arabaçılıq edib, yük daşıyan şəxslər gecələr bazarın kənarında düzəltdikləri komada qalırlarmış. Qeyri-sağlam həyat tərzi keçirən 3 yoldaş daha sonra 1963-cü il təvəllüdlü Qumennaya Lyubov Aleksandryevna ilə tanış olub. Yüngül həyat tərzi keçirən qadın oktyabrın 29-da öz mənzilində həmin şəxslərlə yeyib-içib. Daha sonra baş verənlər isə hələlik dəqiq bilinmir. Oktyabrın 30-da qadının meyiti öz evində aşkarlanıb. İlkin baxış zamanı  onun xeyli miqdarda spirtli içki qəbul etdiyi məlum olub.

L.Qumenneyanın meyiti ekspertizadan keçirilsə, cinsi zorakılığa xas əlamətlər aşkarlansa da, istintaqın sonrakı gedişi başqa suallar ortaya çıxarıb. Bu səbəbdən də bir neçə gün əvvəl müvafiq qaydada, qanun çərçivəsində təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib. Qadının meyiti ekskumasiya edilərək Patoloji Anatomiya Bürosuna göndərilib. Yalnız təkrar ekspertizadan sonra qadının hansı formada öldüyü və ya öldürüldüyü müəyyən ediləcək.

Qeyd edək ki, meyiti ilk olaraq L.Qumennayanın qızı tapıb və dərhal polisə məlumat verib. Meyit aşkarlanarkən o, lüt vəziyyətdə üzü yerə formada olub. Otaqdan kəskin spirtli içki qoxusu gəlirmiş və məlum olub ki, qadın həddindən artıq spirtli içki içdiyinə, nəfəs borusundakı tıxanmaya və zəhərləndiyinə görə ölüb. Lakin ekspertiza nəticələri başqa məqamların üstünü açıb. Hazırda müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.