Jerar Depardye yenə Bakıya gəlib
  • Bir müddət əvvəl ölkəsini tərk edərək Rusiya vətəndaşlığı əldə edən franslı məşhur aktyor Jerar Depardye Bakıya gəlib.

Ötən gün "Vesti" kanalına müsahibəsində aktyor Rusiya müxalifətinə söz atıb. Rusiya prezidenti Vladimir Putini özünə dost hesab edən Depardye bildirib ki, Rusiya müxalifətində bəzi insanlar öz ağıllarını siyasətdə deyil, onlar üçün daha münasibət olan sahələrdə işlətməlidirlər. Onun sözlərinə görə, qeyri-siyasətçilərin siyasətlə məşğul olması məsləhət deyil.

"Müxalifətin heç bir proqramı yoxdur. Onların arasında Qari Kasparov kimi ağıllı insanlar var, lakin bu cür ağıllar təkcə şahmata yatımlı olur. Siyasət isə daha mürəkkəb məsələdir. Fransızlar tənqidi xoşlayırlar. Məsələn, Pusi Rayət qrupu ilə bağlı hekayəyə nəzər salaq. Təsəvvür edin ki, bu qadınlar məscidə giriblər. Onlar əsla oradan sağ çıxmazdılar. Bu hərəkət hətta katolik dünyasında da dəhşətli olardı. Lakin mən eyni şeyi Fransada ifadə edəndə, insanlar məni axmaq hesab edirlər",- deyə Depardye sözlərini ifadə edib.

Qeyd edək ki, Depardyenin ölkəni tərk etməsinə səbəb Fransa prezidenti Fransua Olandın illik gəliri bir milyon avrodan çox olan vətəndaşlara 75 faizlik gəlir tədbiq etməklə bağlı qərarı olmuşdu. Bir müddət əvvəl isə aktyorun dostu produser Arno Frilli Depardyenin ölkəni vergilərə görə yox, yerli jurnalistlərə qarşı dəhşətli münasibətə görə tərk etdiyini qeyd etmişdi. Depardyenin vətəndaşlıq alması Rusiya müxalifəti tərəfindən təndiqlə qarşılansa da, ötən gün müxalifətin Moskva şəhərində keçirilən aksiyası zamanı solçu cəbhə lideri Sergey Udalçov aktyoru növbəti aksiyaya qoşulmağa çağırıb.

Onu da qeyd edək ki, Fransanın baş naziri Jan Mark Eyro aktyorun hərəkətini düşünülməmiş addım hesab edib və onu yazıq adlandırıb.

Samirə Salahova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.