“İvanişvili Gürcüstanı Qərbdən Rusiyaya döndərir”
  • Dövlət başçısı baş naziri Gürcüstanın xarici siyasət vektorunu dəyişməkdə ittiham edib.

Gürcüstan prezidenti Mixail Saakaşvili hesab edir ki, baş nazir Bidzina İvanişvili Gürcüstanı Qərbdən Rusiyaya doğru döndərir. Dövlət başçısı baş naziri Gürcüstanın xarici siyasət vektorunu dəyişməkdə ittiham edib, - “RBK”.

Prezident xatırladıb ki, İvanişvili özünün son müsahibəsində bildirib ki, özünün müstəqil siyasətini qoruyub saxlamaq naminə Qərb dünyası və ABŞ-ın zərbələrini dəf etməli olub.

“Baş nazir Qərb dəyərlərində deyil, Rusiya dəyərlərinə doğru istiqamətlənib. O, Rusiyanın casuslarını azadlığa buraxır. O, artıq hər zaman Gürcüstanı müdafiə etmiş Qərbin hücumlarından danışır”, - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Gürcüstan baş naziri Bidzina İvanişvili Moskva ilə Tiflis arasında diplomatik əlaqələri yenidən bərpa etmək niyyətində olduğunu bildirib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.