Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü yanvarın 28-də keçiriləcək
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü yanvarın 28-ə planlaşdırılıb.

Bu barədə mətbuat konfransında APA-nın sualını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, görüş yanvarın 28-də baş tutmalıdır, lakin görüşün formatı hələlik məlum deyil: “Çünki həmsədrlər hələlik bu məsələ ilə bağlı təkliflərini təqdim etməyiblər”.

Görüş Parisdə baş tutacaq.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.