Sevinc Babayeva ölümündən əvvəl vəhşicəsinə döyülüb
  • Elşad Abdullayevin yaydığı videoqalmaqaldan dərhal sonra Türkiyəyə qaçırılan Sevinc Babayeva haqqında inanılmaz məlumat yayılddı.

ABU-nun rektoru Elşad Abdullayevin yaydığı videolarda onunla keçmiş deputat Gülər Əhmədova arasında vasitəçi kimi çıxış edən və İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayeva ilə bağlı ilginc xəbər yayılıb. “aznews.az” saytının yaydığı xəbərə görə, S.Babayeva  ölümündən 2 gün əvvəl dəhşətli işgəncəyə məruz qalıb və vəhşicəsinə döyülüb.

Sayt bildirir ki, Türkiyədə Babayevanı qarşılayıb mənzillə təmin edən və Baş Prokurorluğun yaydığı məlumatda da adı bu zəmində çəkilən, Gülər Əhmədovanın adamı sayılan Səlcuq Ağlayan 40 yaşlarında, kürd əsilli iş adamıdır. S.Babayevanın Türkiyədəki xərclərini, o cümlədən qaldığı mənzilin kirayə haqqını G.Əhmədova öz üzərinə götürsə də, bir aydan sonra bəlli olur ki, kirayə pulu verilmir. Bununla bağlı S.Babayevanın etirazlarına cavab olaraq G.Əhmədova kirayə, ərzaq və digər xərcləri S.Ağlayanın çəkməli olduğunu deyib. Bildirib ki, S.Ağlayan “ömrünün sonuna qədər” ona borcludur, çünkiAğlayanın Azərbaycana göndərdiyi malların “bir qəpik rüşvət verilmədən gömrükdən buraxılmasını” o təmin edir. S.Babayeva bu zəmində S.Ağlayanla mübahisə edib və nəticədə işgəncəyə məruz qalıb, döyüləndən 2 gün sonra isə ölüb.

Sayt yaydığı bu məlumatla əlaqədar Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu da danışdırıb. A.Məmmədov deyib ki, S.Ağlayanı anasının nəşini gətirmək üçün Türkiyəyə gedərkən görüb: “Səlcuq Ağlayan mənə dedi ki, istər Türkiyədə, istərsə də Azərbaycanda anama baxdığı və onun bütün yeməyini-içməyini evinə alıb gətirdiyi barədə heç kimə heç nə deməyim. Mən ona dedim ki, bəs axı, sənin kim olduğunu soruşacaqlar. O isə dedi ki, hamıya səınin dostun olduğumu de. Guya biz nə vaxtsa tanış olmuşuq və burada da sənin dərdinə şərik olmaq üçün varam”.

Ayxan Məmmədov təxminən 800 AZN civarında olan kirayə haqqının gecikdirilməsi barədə xəbəri təsdiqləyib: “Anam buna görə Gülər Əhmədovaya bir neçə dəfə “skayp”la zəng edib,  şikayətlənib... Fakt odur ki, o kirayə haqqı axıra qədər ödənilmədi. Sonda maşınımı satıb, aparıb ödədim”.

Anasının döyülməsi və xəsarətlər alması barədə məlumata gəlincə, A.Məmmədov bundan xəbərsiz olduğunu deyib.

Aynur Cəfərova

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.