DİN: “Müsavat başqanı İsa Qəmbərə hücumla bağlı araşdırma aparılır”
  • Daxili İşlər Nazirliyi Müsavat Partiyasının başqanı İsa Qəmbərin və tərəfdarlarının yanvarın 13-də Lənkəranda hücuma məruz qalmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib ki, məsələ ilə bağlı nazirliyin 102 zəng xidmətinə müraciət olunub. Müraciət qanuna müvafiq olaraq qeydiyyata alınıb və orada göstərilən xüsusatlar araşdırılır.

Araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul ediləcək: “Yanvarın 13-də partiya başqanı və ətrafında olan bir neçə şəxs günorta saat 14:30 radələrində Lənkəran rayonunun Göyşaban kəndinin ərazisində olarkən, əsasən qadınlardan ibarət bir qrup rayon sakininin ciddi etirazı ilə qarşılaşıb. Həmin qadınların ciddi narazılıq və nifrətini görən partiya başqanı təcili rayon ərazisini tərk edib. Bu zaman bəzi mətbuat orqanlarının iddia etdiyi kimi zərərçəkən, xəsarət alan olmayıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır”.

Aynur Cəfərova

(Lent.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.