IB Club 2012-ci ildə.. İllik hesabat
  • Azərbaycanın Birinci Gənclər Klubu olan IB Club ötən il Gənclərin İnkişaf və Əyləncəsi üçün keçirilən 1379 Layihə-Tədbirin müəllifi olmuşdur.

Ötən il, IB Club üzvləri üçün bir çox yeniliklərlə yadda qaldı.

Əvvəlcə onu qeyd edək ki, Gənclərin xüsusilə də dil biliklərinin artırılması üzrə ötən illərdən fərqli olaraq daha çox danışıq dərsinin keçiriiməsi Gənclərin inkişaf tempini gücləndirə bildi. Ötən illərdən fərqli olaraq danışıq dərsləri artıq həftədə 15 dəfə keçirildi. Bununla da tələbə və gənclər həftənin bütün günləri öz boş vaxtlarına uyğun müxtəlif dillərdə danışıq dərslərində iştirak edə bildilər.

Ötən il IB Club üzvləri üçün 838 İngilis, 276 Rus, 58 Alman dili üzrə olmaqla ümumilikdə 1172 dəfə Ödənişsiz danışıq dərsi təşkil olunmuşdur.

Ötən il IB Club  tərəfindən artıq İngilis dilində İntellektual oyunlar keçirilməyə başlandı. Keçirilməyə başlanan Think`O intellektual oyunu IB Club tərəfindən yaradılmaqla,  4 dəfə təşkil olundu.

Bununla bərabər, ötən il IB Club-da Azərbaycan dilində 8 dəfə Knotty Game intellektual oyunu təşkil olundu.

Gənclər ötən il, müxtəlif sahənin peşəkar şəxslərinin iştirakı ilə təşkil olunmuş 29-a yaxın seminarın, Biznes istiqamətli 3 Müzakirə panelinin iştirakçısı oldular. Şəxsi inkişaf, Psixoloji, Biznes, eləcə də gənclərin maraqlandığı müxtəlif istiqamətlərdə keçirilən seminarlarda ümumilikdə 1442 nəfər iştirak etdi.

Gənclər üçün yaradılan Kitabxanadan ümumilikdə 4366 dəfə kitab götürülmüş, Kitabxanaya 500-ə yaxın 4 dildə kitablar daxil olunmuşdur. Gənclər IB Club-la müxtəlif layihələrin iştirakçısı ola biliblər.

Bu layihələrdən biri də 900-dan çox gənci öz ətrafında birləşdirən IB Gənclər Məclisi layihəsidir.

Layihə çərçivəsində Gənclər müxtəlif sahənin Uğurlu şəxsləri ilə görüşmüş, onların  dilindən Uğur konsepsiyalarıyla tanış olmuşlar. Layihə 3 dəfə keçirilməklə, motivasiya məktubu əsasında ödənişsiz olaraq keçirilmişdir.

IB Club-un imzasıyla Azərbaycanda Milli Biznes çempionatları başladı və layihə çərçivəsində 200-dən çox tələbəyə Biznes Plan təlimləri keçirildi.

IB Club ötən il keçirilən Secret Daxili Sirr, English in Fun, Mənim üstün potensialım kamplarını təşkil etmiş, Klub üzvləri ilə Ölkədaxili və Bakı daxili gəzintilərin, ekskursiyaların, Karaokelərin, Veloturların təşkilatçısı olmuşdur.

IB Club Gəncləri ötən il IB Club-un təşkilatçılığı ilə Vita1000 meyvə şirələrinin istehsal zavoduna təşkil olunan ekskursiyanın iştirakçısı olublar.

Qeyd etmək lazımdır ki, IB Club üzvləri qeyd olunan gəzinti, party və kamplarda endirimli, digər bütün əyləncəli-öyrədici tədbirlərdə Tamamilə ÖDƏNİŞSİZ olaraq iştirak edə biliblər.

Gənclər üçün təşkil olunmuş, ümumilikdə 1379 tədbirin siyahıs aşağıdakı kimidir.

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.