Aksiya iştirakçıları yeni qanunla cərimələndilər
  • Əsgər ölümü ilə bağlı yanvarın 12-də Bakıda keçirilən aksiyada saxlanılan müxalifətçilər cərimələnərək sərbəst buraxılıb.

Bu barədə məhkəmə prosesində iştirak edən gənc fəal Bəxtiyar Hacıyev məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə aksiyada saxlanılan iştirakçılara yeni cərimələr tətbiq olunub.

“Aksiya təşkilatçıları 600 manat cərimələndi. Məndə olan məlumata görə, Tural Abbaslı 600 manat cərimə olunaraq sərbəst buraxılıb”.

Aksiyanin digət təşkilatçısı AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə 500 manat məbləğində cərimələnib.

Saxlanılan digər müxalifətçilər Məmməd İbrahim (partiya sədrinin müşaviri), Təzəxan Mirələmli (Cəlilabad rayon şöbə sədri), Babək Həsənov (Ali Məclis üzvü), “Azad gənclik” təşkilatının rəhbəri Ülvi Həsənli, NİDA gənclər təşkilatının İdarə Heyətinin üzvü Turqut Qəmbər 500-600 manat civarında cərimələniblər.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.