Siyavuş Aslanın oğlu: “Yaşar Nurinin öldüyünü atama deməyə qorxuruq”
  • Xalq artisti Siyavuş Aslanın hazırda vəziyyəti yaxşıdır. 78 yaşlı aktyor ev şəraitində müalicə alır.

“Vəziyyəti yaxşıdır, yeyir-içir, müalicəsini alır. Evdə hərəkət edir, gəzir, amma bayıra çıxmağına həkimlər icazə vermir, çünki çox yüklənmək olmaz, qoca adamdır, 78 yaşı var. Yaddaşında ciddi problemlər yoxdur, yaxınlarını, bizi tanıya bilir, sadəcə arada danışıq qabiliyyətini itirir. Maşallah indi yaxşıdır”.

Aktyorun oğlu qeyd edib ki, S. Aslanın müalicəsini özü etdirir, heç bir yandan köməklik yoxdur: 

“Mən ancaq dərmanlarını ala bilirəm, qaldı ki, başqa yerə müalicəyə aparmağa, ona imkanım çatmır, köməklik edən də yoxdur. Yanına gəlib-gedən, vəziyyəti ilə maraqlanan da. Bir-iki ay əvvəl aktrisa Firəngiz Mütəllibova gəlmişdi, bir dəfə də Hacıbala Abutalıbov gəlib, iş adamıdır, yəqin ki, vaxtı yoxdur. Qohumlardan da qardaşı gəlib baş çəkir”.   

Yaşar Nurinin ölüm xəbərinə aktyorun necə reaksiya verdiyinə gəlincə, Çingiz Aslan bildirib ki, atası mərhum aktyorun ölümündən xəbərsizdir: “Yaşar Nurinin ölümünü bilmir, biz ona deməmişik, çünki atam Yaşar Nurini lap çox istəyirdi, deməyə qorxduq, birdən nəsə olar, yaşlı adamdır” .

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.