Elmar Məmmədyarov: “Xəzərdə “Sərdar Canqal” adlı yataq olduğu mənə məlum deyil”
  • “Azərbaycan Xarici İşlər Nazirliyində biz Xəzərin neft yataqları çəkilmiş bütün xəritələri yoxladıq, bu adda yatağa rast gəlmədik”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında İranın bu ölkənin “Sərdar Canqal” yatağına iddiaları barədə məlumatları belə şərh edib.

XİN başçısı qeyd edib ki, Xəzərdə “Sərdar” adlı yataq var, Azərbaycan və Türkmənistan Xəzərdə sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu yataqla bağlı danışıqları davam etdirirlər: “Lakin İran kütləvi informasiya vasitələrində adı çəkilən yataq bizə məlum deyil”.

Xatırladaq ki, İran kütləvi informasiya vasitələrinin məlumatına görə, bu ölkənin neft naziri Rostam Qasemi bildirib ki, “Sərdar Canqal” yatağı İrana məxsusdur: “Hazırda biz yatağın yerləşdiyi ərazidə tədqiqat işləri aparırıq. “Sərdar Canqal” iranın ərazisində yerləşir və tamamilə İrana məxsusdur”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.