Şok iddia: Əsəd və ailəsi Rusiya hərbi gəmisində yaşayır
  • Suriya prezidenti Bəşər Əsəd və ailəsi Tartus limanındakı Rusiya hərbi gəmilərinin birində yaşayır.

Bu barədə Səudiyyə Ərəbistanının “Al-Vatan” qəzeti məlumat yayıb. Məlumata görə, Suriya prezidenti Rusiya hərbi gəmisini daha təhlükəsiz sayıb. Bəşər Əsəd rəsmi tədbirlər və görüşlər keçirmək üçün paytaxt Dəməşqdəki Prezident Sarayına isə vertolyotla gedib-gəlir.

Rəsmi Dəməşq isə bu məlumatı təkzib edib, Bəşər Əsəd və ailəsinin Prezident Sarayında yaşadığını bəyan edib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.