YAP İsa Qəmbərin Lənkəranda üzləşdiyi insidentə münasibət bildirib
  • “Müsavat başqanı İsa Qəmbər Lənkərana səfəri zamanı üzləşdiyi insidentdən öz siyasi təşviqatı üçün istifadə etmək istəyir”.

Bu açıqlamanı APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, artıq yaşanmış olayla bağlı Daxili İşlər Nazirliyi açıqlama verib və YAP-ın da mövqeyi bu açıqlama ilə üst-üstə düşür: “Hadisə araşdırılacaq və hüquqi qiymət veriləcək. Radikal müxalifətin hadisənin səbəbkarı kimi seçdikləri ünvan cəfəngiyatdır. Çünki əvvəlcə bu iş araşdırılmalıdır, bunun üçün də hüquq-mühafizə orqanları var və onlar da məsələni araşdırıb hüquqi qiymət verəcəklər”.

M. Qurbanlı deyib ki, müxalifətin bu hadisə ilə bağlı tələm-tələsik müxtəlif bəyanatlar vermələri bu hadisədən siyasi məqsədləri üçün dividend qazanmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, İsa Qəmbər bu hadisədən guya həyatına sui-qəsd olması kimi şişirdilmiş xəbərlər yaymaqla öz siyasi təşviqatını genişləndirmək istəyir: “Amma özlərinin də yaydıqları məlumat onu göstərir ki, burada İsa Qəmbərin həyatına qarşı hansısa sui-qəsddən söhbət gedə bilməz, bunu cəmiyyətə sui-qəsd cəhdi kimi təqdim eləmək də düzgün deyil. Əslində hadisə necə olub, nələr baş verib, bu, DİN-nin araşdırmasından sonra bəlli olacaq”.

Qeyd edək ki, ötən gün Müsavatın Lənkəran şəhər təşkilatının tədbirinə qatılmaq bu şəhərə səfər edən partiya başqanı İsa Qəmbərin korteji yolda bir qrup insanın hücumuna məruz qalıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.