Elşad Abdullayevin video qalmaqalında olan hakimin səlahiyyətlərinə xitam verildi
  • Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə Ağababa Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı başlanılmışdı.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, Şuranın 14 yanvar tarixli qərarı ilə Ağababa Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yaydığı videoda Nərimanov rayon məhkəməsinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Ağababa Babayevlə görüşünü əks etdirirdi.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.