“Sədərək” ticarət mərkəzi yenə silkələndi
  • “Sədərək” ticarət mərkəzində yenə ara qarışdı. Belə ki, ticarət mərkəzində alver edən bir qrup şəxs rəhbərliyə etiraz əlaməti olaraq iş yerlərini tərk edib.

Redaksiyamıza yarmarkada çalışanlardan verilən məlumata görə, mağaza sahiblərinin əsas tələbi ticarət mərkəzinin rəhbərliyinə qarşı yönəlib və kassa aparatlarının qoyulmasıyla bağlıdır.

Rəhbərliklə görüşən bir neçə sahibkar tələbin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaların davamlı olacağını deyib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.