Rüstəm İbrahimbəyov İsa Qəmbərə hücuma qiymət verdi
  • Tanınmış dramaturq və rejissor, Ziyalılar Forumu rəhbərlərindən olan Rüstəm İbrahimbəyov hadisə ilə bağlı münasibətini açıqlayıb.

Xəbər verildiyi kimi, yanvarın 13-də Müsavat Partiyasının Lənkəran rayon şöbəsinin yaranmasının 20 illik ildönümü ili ilə bağlı keçirilən tədbirə qatılmaq üçün bölgəyə səfər edən Müsavat başqanına hücum olunub.

Müsavat rəhbərliyinin də qatıldığı səfərdə mülki geyimli şəxslər tərəfindən Müsavat Partiyasının başqanı İsa Qəmbərə hücum edilib, onun maşını əzilib, şüşələri qırılıb. Bakıdan gələn nümayəndə heyətində olan Arif Hacılı, Gülağa Aslanlıya qarşı zor tətbiq edilib.

Hadisə ilə bağlı münasibətini açıqlayan tanınmış dramaturq və rejissor, Ziyalılar Forumu rəhbərlərindən Rüstəm İbrahimbəyov deyib: "Bu çox dəhşətli hadisədir. Belə yollarla, belə üsullarla xalqın iradəsini sındırmaq istəyirlər. Mən ürəkdən İsa bəyi dəstəkləyirəm və ona can sağlığı arzulayıram. İnanıram ki, belə hadisələr onu heç cür seçdiyi yolundan heç vaxt çıxarda bilməz".

Aynur Cəfərova

(Deyerler)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.