Birinci xanım “Bacarıqlı əllərin böyük işləri” adlı sərgidə (FOTO)
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda “Bacarıqlı əllərin böyük işləri” adlı sərginin açılışında iştirak edib

Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılmışdır.

Sərginin Müasir İncəsənət Muzeyində keçirilən açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət nümunələri 300-dən çox işin arasından seçilmişdir. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənmişdir.Tədbirdə çıxış edən Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova sərginin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söz açan N.Zöhrabova belə sərgilərin istedadlı uşaqların üzə çıxması baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu ilə Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında reallaşan belə sərgilər digər uşaq evlərinin istedadlı sakinlərinin də aşkara çıxarılmasına yardımçı olacaqdır.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.

Hazırda uşaq evində 140 uşaq və yeniyetmənin yaşadığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, onların 500-dən çox əl işi vardır. Sonra sərgiyə baxış keçirilmişdir.

Uşaq evinin istedadlı sakinlərinin yaratdıqları bir-birindən maraqlı əl işlərində Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapmışdır. Balaca rəssamların Vətənə sevgi dolu bu işləri hər kəsdə böyük maraq doğurmuşdur. Elə bu səbəbdən də sərginin açılış mərasimində iştirak edən qonaqlar nümayiş olunan əsərləri heyranlıqla izləmişlər.

Uşaqlara yeni yaradıcılıq uğurları arzulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva onların qayğıları ilə maraqlanmış və öz tövsiyələrini vermişdir. Sonra 1 nömrəli uşaq evinin sakini Nahid Sarıyev özünün “Abşeron” əsərini Mehriban xanım Əliyevaya təqdim etmişdir.

Sərgi yanvarın 28-dək davam edəcəkdir.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.