Mahsun Colinin arzusundadı
  • Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgül çəkəcəyi “Halepçe” filmində Ancelina Colini oynatmaq istəyir.

“Günəşi gördüm”, “Nyu-Yorkda beş minarə”, “Bəyaz Mələk”, “Həyat davam edir” filmləri ilə kino sahəsində öz imzasını tanıdan Kırmızıgül Səddam Hüseynin dövründə 5 min vətəndaşın kimyəvi silahla öldürüldüyü “Haləpçə qətliamı”ndan bəhs edən filmdə Hollivud ulduzlarını çəkmək istəyir.

Filmdə Salma Hayek, Culya Robertz, Ancelina Coli kimi məşhur ulduzların çəkiləcəyi bildirilir.
İraq prezidenti Cəlal Talibaninin həyat yoldaşı, İraqın “First lady”si Hero Talibani filmin çəkilişini dəstəkləyir. Belə ki, “First lady” o dövrə aid bütün sənəd və məlumatları Kırmızıgülə verəcək və çəkilişə maliyyə yardımı göstərəcək.

Qeyd edək ki, Mahsun Kırmızıgül ötən il mayın 15-də Süleymaniyə şəhərinin Haləpçə qəsəbəsinə gedərək qətliamda ölənlərin qəbrini ziyarət edib. Xatırladaq ki, “Haləpçə qətliamı” 1988-ci il martın 16-da baş verib. Səddam Hüseynin əmri ilə əksəriyyəti uşaq və qadınlardan ibarət 5 min kürd vətəndaşı kimyəvi qazla zəhərləndirilərək öldürülüb. 15 min nəfər qətliamda yaralanıb.

(xezerxeber)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.