Hacı İbrahim futbol klubu yaratdı
  • "Avesta" konserninin prezidenti, möhtəşəm "Khazar İsland" layihəsi ilə adından söz etdirən Hacı İbrahim Nehrəmli futbol sektoruna daxil olmağa hazırlaşır.

Tanınmış iş adamı artıq bu istiqamətdə ilk addımlarını atıb. Xəzər dənizində yeni şəhər salmaq kimi bahalı proyektin üzərində işləyən maqnat Masazır qəsəbəsi ərazisində böyük idman kompleksi yaradıb. Özü də yaxınlarda deyil, 2-3 il öncə. "Qurtuluş" adlanan yeni massivdə hektarlarla sahəni əhatə edən nəhəng qurğu bir neçə hissəyə bölünüb. Beynəlxalq standardlara cavab verən kompleksdə müxtəlif idman növləri, o cümlədən, futbol üçün münasib şərait yaradılıb. Burda 2 böyük meydança və digər tikililər salınıb.

"Əlincə" adlı klub yaradan Hacı İbrahim Nehrəmli onun üzümüzə gələn yaydan etibarən birinci divizionda iştirakında maraqlıdı. Aldığımız məlumata görə, büdcəsi sərhəd tanımayan yeni komanda Naxçıvanı təmsil edəcək. Tək hədəf isə "Əlincə"nin ən qısa zamanda Premyer Liqaya vəsiqə qazanmasıdı.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.